Azərbaycan Kredit Bürosunun əlaqə məlumatları:


Ünvan: AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., Səməd Vurğun küç. 43, “World Business Center” iş mərkəzi

Tel.: (994 12) 210 10 10

Elektron poçt: office@acb.az


DAXİL OLMUŞ MÜRACİƏTLƏRƏ BAXILMASI VƏ CAVABLANDIRILMASI ÜZRƏ DAXİLİ QAYDALARIN QISA İCMALI


İstehlakçılarla İş Şöbəsi (bundan sonra şöbə) maliyyə xidmətləri bazarında istehlakçıların hüquqlarının qorunması ilə bağlı qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla istehlakçıların hüquqlarının qorunması mexanizmlərinin səmərəliliyinin artırılması, o cümlədən mübahisələrin operativ və effektiv həll edilməsi işinin gücləndirilməsi məqsədilə müraciətlərin qəbulu üçün maksimal çıxış imkanları yaradılmalı, müraciət vasitələri məhdudlaşdırılmamalıdır. İstehlakçı müraciətlərinə baxılması və cavablandırılması məqsədilə istehlakçı AKB-yə minimal olaraq özü və şikayət predmeti haqda aşağıdakı məlumatları təqdim etməlidir:


  • Müraciətçinin (istehlakçının) ad, soyad, ata adı
  • Müraciətçinin (istehlakçının) şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və FİN kodu
  • Əlaqə nömrəsi (elektron ünvanı)
  • Doğum tarixi
  • Qeydiyyat və ya yaşadığı ünvanı
  • Müraciətin məzmunu


Müraciətçi müraciətini AKB-yə yazılı və elektron formada göndərə bilər. Müraciətçi yazılı formada müraciətini şəxsən Baş Ofisə və ya AKB-nin 1 saylı Bakı “ASAN” Kommunal Mərkəzində xidmət pəncərələrinə yaxınlaşaraq, poçt ünvanına göndərməklə; elektron formada müraciətini elektron poçt ünvanına göndərməklə, AKB-nin rəsmi vebsaytının “Təklif və Şikayətlər” səhifəsindəki “Müraciət et” bölməsi ilə, “Findoc” tətbiqi vasitəsilə edə bilər.

Hər bir müraciətçi ona müraciəti ilə bağlı kredit təşkilatının cavabı ilə razılaşmadıqda, hüquqlarının bərpası üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına, o cümlədən məhkəməyə müraciət edə bilər. Müraciətçi müraciətinin nəticəsi barədə Azərbaycan Respublikasının “Kredit büroları haqqında” Qanununun 18-ci maddəsinə əsasən, 2 (iki) iş günü ərzində cavablandırılmalıdır.

 

Hər bir istehlakçı müraiət üçün nəzərdə tutulmuş elektron ünvan, poçt ünvanı və çağrı mərkəzinin nömrəsini kredit tarixçəsindən, sosial mediya hesablarımızdan və internet ünvanımızdan əldə edə bilər. Şöbə tərəfindən aşağıdakı meyarlar üzrə hesabatlar aparılır:


  • İstehlakçılar barəsində məlumatlar;
  • Müraciətlərin sayı, xarakteri və səbəbləri;
  • Cavablandırılmış və hazırda baxılan müraciətlərin sayı.