Dəyərlərimiz

Ölkənin ilk və yeganə kredit bürosu olan AKB qarşısına qoyduğu hədəflərə çatmaq üçün öz komandasına ölkənin IT, maliyyə, risk, marketinq, hüquq sahəsinin ən peşəkar, rəqabətə davamlı kadrlarının cəlb edilməsini kadr siyasətinin prioriteti hesab edir.


Yeni layihələr və ölkə üçün yeni olan məhsulların yaradılması, ölkənin bank sektorunun inkişafına təkan verəcək layihələrin həyata keçirilməsi prosesi hər bir əməkdaşdan işə yaradıcı münasibət, liderlik qabiliyyətləri tələb edir.


AKB öz işçilərinin müstəqil qərar vermə qabiliyyəti və imkanlarını genişləndirir, işə yaradıcı düşüncə ilə yanaşmağa təşviq edir. Hazırda AKB-də yerli ali məktəblərin məzunları və dünyanın aparıcı ali təhsil ocaqlarında təhsil almış peşəkar və təcrübəli kadrlardan ibarət heyət fəaliyyət göstərir. Burada işləyən əməkdaşlar analitika və güclü texniki biliklərə, liderlik və menecerlik qabiliyyətlərinə, müxtəlif məlumat bazalarını idarə etmə bacarıqlarına, eyni zamanda müxtəlif təşkilatlarla səmərəli iş birliyi qurulması istiqamətinə köklənirlər.

İşə qəbul prosesi

AKB beynəlxalq standartlara və korporativ idarəetmə prinsiplərinə uyğun olaraq şəffaf kadr siyasəti həyata keçirir. Peşəkar kadr resurslarının cəlb edilməsi müxtəlif seçim alətləri (test, müsahibə və s.) vasitəsi ilə mərhələli işə qəbul sistemi ilə həyata keçirilir.


AKB-də işləməklə Siz peşəkar kollektivdə davamlı inkişaf və karyera imkanları əldə edərək öz peşəkar bilik və bacarıqlarınızı artırmış olacaqsınız. Eyni zamanda Siz AKB komandasının bir üzvü olaraq vətəndaşlar və biznes subyektlərinə müxtəlif məsələlərdə kömək etməklə, böyük proseslərin bir hissəsi olmağın üstünlüklərini hiss edəcəksiniz.

Mövcud vakansiyalar

Data Scientist (Junior/Middle/Senior)

Data Scientist (Junior/Middle/Senior)

Son müraciət tarixi: 15/12/24 • Tam ştat