FAQ
-
Kredit bürosu nədir?
Kredit bürosu kredit tarixçәsi subyektinin kredit tarixçәsini tәşkil edәn mәlumatları toplayan, saxlayan, tәhlil edən vә kredit hesabatlarını verən, eyni zamanda qanunvericiliklə müəyyən olunmuş digər fəaliyyət növlərini həyata keçirən kommersiya hüquqi şәxsidir.
-
Kredit hesabatı nədir?
“Kredit büroları haqqında Azәrbaycan Respublikasının Qanunu” ilə icazə verilәn mәqsәdlәr vә hәcm daxilindә mәlumat istifadәçilәrinә kredit tarixçәsindәn verilәn mәlumat.
-
Kredit tarixçәsi nədir?
Mәlumatların saxlandığı üsul vә formadan asılı olmayaraq kredit tarixçәsi subyektinin cari vә ödәnilmiş borcları, borc öhdәliklәrinin tәminatı ilә bağlı, habelә ödәmә qabiliyyәtinin vә borc öhdәliklәrinin icra intizamının qiymәtlәndirilmәsi üçün lazım olan mәlumatların mәcmusu.
-
Kredit tarixçəsini necə əldə edə bilərəm?
Kredit tarixçəsinin əldə edilməsi üçün 1 saylı "ASAN kommunal" mərkəzinə (Bakı şəhəri, Ak. Həsən Əliyev 34) şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsilə, elektron imza (https://www.acb.az/services/extract-from-the-credit-bureau.html) və Büroya distant sorğu müraciəti forması ilə müraciət etməyiniz tələb olunur.
-
Skorinq nədir?
Kredit skorinq – riyazi-statistik metodlara əsaslanan və müştərinin krediti geri ödəmə imkanlarını cari kredit tarixçəsi əsasında qiymətləndirən 3 rəqəmli reytinq sistemidir. Skorinq riskləri proqnozlaşdırmaq üçün dizayn edilir ki, kredit və ya kredit məhsulu təqdim edən təşkilatda Sizin qarşıdakı müddət ərzində kredit öhdəlikərinizi ödəyib-ödəməyəcəyiniz haqqında təsəvvür formalaşdırır.