Azərbaycanın ilk özəl kredit bürosu “Azərbaycan Kredit Bürosu” MMC (AKB) 15 yanvar 2018-ci il tarixində ölkənin 8 böyük bankının təsisçiliyi ilə yaradılmışdır.

About page cover

Maliyyə infrastrukturunun mühüm elementlərindən biri olan AKB, 29 sentyabr 2023-cü il tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, 24 bank, 23 ləğv prosesində olan bank, 52 bank olmayan kredit təşkilatı, 9 ləğv prosesində olan bank olmayan kredit təşkilatı, 37 kredit ittifaqı, 1 ləğv prosesində olan kredit ittifaqı, 13 lizinq şirkəti, 20 sığorta şirkəti, 2 ləğv prosesində olan sığorta şirkəti, 3 mobil operator, 3 kommunal xidmət operatoru, 29 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs, 2 faktorinq, 1 kollektor və 1 lombard şirkəti olmaqla 223 təşkilatla məlumat mübadiləsinin həyata keçirilməsi üzrə müqavilə imzalamışdır.

AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə assimetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.

Vizyonumuz

Bizim vizyonumuz borc münasibətlərində qərarvermənin dəqiqliyinin artırılmasına dəstək verən etibarlı informasiya təchizatçısı olmaq və kredit qərarlarının verilməsi prosesində tərəfdaşlarımızı risk və analitik təhlillərlə dəstəkləməkdir. 


Mission image

Missiyamız

Bizim missiyamız kredit risklərinin azaldılmasının dəstəklənməsi, borcalanların maliyyə intizamına təşviq edilməsi və maliyyə inklüzivliyinin artırılması yolu ilə üzv təşkilatlara dəstək verilməsidir.


Təsisçilər

20 dekabr 2017-ci il tarixində ölkənin 8 böyük bankı tərəfindən Təsisçilərin ümumi yığıncağında “Azərbaycan Kredit Bürosu” MMC-nin yaradılması qərara alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı ümumi məbləği 2.000,000 (iki milyon) manat olan hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 2000 (iki min) paydan ibarət 8 bərabər hissədən ibarətdir.

Müşahidə şurası

Fərid Abuşov

vəzifəsi:

Müşahidə Şurasının sədri

həmçinin:

"Unibank KB" ASC-nin İdarə Heyətinin sədri, İcraçı direktor

Zamiq Məmmədov

vəzifəsi:

Müşahidə Şurasının üzvü

həmçinin:

"ABB" ASC-nin Audit Komitəsinin üzvü

Elnur Həsənov

vəzifəsi:

Müşahidə Şurasının üzvü

həmçinin:

"Bank Respublika" ASC-nin İdarə Heyəti sədrinin müavini

Cavid Mirzəyev

vəzifəsi:

Müşahidə Şurasının üzvü

həmçinin:

"Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı

Aydın Hüseynov

vəzifəsi:

Müşahidə Şurasının üzvü

həmçinin:

"Rabitə Bank" ASC-nin İdarə Heyəti sədri

Elnur Məmmədli

vəzifəsi:

Müşahidə Şurasının üzvü

həmçinin:

"Xalq Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini

Ahmet Kudret İşler

vəzifəsi:

Müşahidə Şurasının üzvü

həmçinin:

"ZiraatBank Azərbaycan"-nın İdarə Heyətinin üzvü

İcra orqanı

Elçin Həbibov

Elçin Həbibov

Baş Direktor

2002-2007-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının İnformasiya texnologiyaları departamentində aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.

2007-2016-cı illərdə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri xidmətinin rəhbəri olub.

2016-2018-ci illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi kredit reyestri xidmətinin rəhbəri vəzifəsində fəaliyyətini davam etdirib.

01 fevral 2018-ci il tarixindən Azərbaycan Kredit Bürosunun Təsisçilərinin Ümumi Yığıncağının Qərarı ilə Baş Direktor təyin edilib.