Biznesin inkişafı departamentinin kiçik mütəxəssisi
- Biznesin inkişafı departamentinin kiçik mütəxəssisi
- Son müraciət tarixi: 25/10/24
- Tam ştat
Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 250-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Biznesin İnkişafı Departamentinə kiçik mütəxəssis axtarılır.
Vakansiya haqqında:
Vəzifə: Kiçik mütəxəssis
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Müraciət üçün son tarix: 25.10.2024
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- Büronun tərəfdaşları ilə işləmək, onlardan daxil olan sorğu və müraciətlərin operativ və dəqiq həyata keçirilməsini təmin etmək;
- Büroya məlumatların qanunvericiliyin tələblərinə müvafiq qaydada təqdim olunması üçün monitorinq və konsultasiya fəaliyyətini həyata keçirmək;
- Tərəfdaşlar tərəfindən daxil olan sorğuları araşdırmaq, yaranmış problem və çətinlikləri həll etmək, müvafiq dəstək göstərmək;
- Yeni təşkilatların Büronun məlumat bazasına inteqrasiya prosesini həyata keçirməsinə dəstək olmaq, texniki komanda ilə birgə problemləri həll etmək;
- Büronun yeni məhsul və xidmətlərinin hazırlanması prosesində iştirak etmək;
- Büroya daxil olan rəsmi məktub və müraciətləri araşdırmaq və cavab hazırlamaq;
- Rəhbərliyin tapşırığı əsasında müxtəlif statistik hesabatlar hazırlamaq.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və s.);
- Bank və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
- Əla səviyyədə ingilis və yaxşı səviyyədə rus dili biliyi;
- Excel proqramı üzrə əsas bacarıqlar (təkmil formulaları tətbiq etməklə məlumatların emalı, PivotTable-dən istifadə etməklə hesabatların hazırlanması və s.)
- Vizuallaşdırma proqramları üzrə bacarıqlar üstünlükdür;
- Xaricdə təhsil alması üstünlükdür.
Digər bacarıqları:
- Peşəkarlıq və məsuliyyətlilik;
- Analitik düşünmə;
- Vaxtın idarəedilməsi;
- Təqdimat hazırlama və geniş auditoriya qarşısında çıxış etmə;
- Dinamik komandada işləmə;
- Təşəbbüskarlıq, nəticəyə fokuslaşma və problemi həll etmə.
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə hr@acb.az ünvanına göndərə bilərlər.
Digər vakansiyalar
Biznesin inkişafı departamentinin kiçik mütəxəssisi
Biznesin inkişafı departamentinin kiçik mütəxəssisiSon müraciət tarixi: 25/10/24 • Tam ştat
Biznesin inkişafı departamentinin kiçik mütəxəssisi
Biznesin inkişafı departamentinin kiçik mütəxəssisiSon müraciət tarixi: 25/10/24 • Tam ştat