Middle Backend developer
- Middle Backend developer
- Son müraciət tarixi: 29/12/24
- Tam ştat
Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 250-dən çox təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-ə Middle Backend developer axtarılır.
Vakansiya haqqında:
Vəzifə: Middle Backend developer
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Müraciət üçün son tarix: 29.12.2024
Vəzifə öhdəlikləri və fəaliyyət:
· Yeni funksiyaların müəyyənləşirilməsində və layihələndirilməsində iştirak edir, komanda üzvləri və digər maraqlı tərəflərlə əməkdaşlıq edir.
· Effektiv, sınaqdan keçirilə bilən və təkrar istifadə edilə bilən proqram kodları yaradır.
· Kod təhlillərində iştirak edir və komanda üzvlərinə konstruktiv rəy bildirir.
· Proqram təminatında yaranmış çatışmazlıqlar və nasazlıqların qısa müddətdə aradan qaldırılmasını təmin edir.
Tələb olunan təhsil və iş təcrübəsi:
Təhsil: Kompüter elmləri, proqram təminatı mühəndisliyi və ya digər uyğun sahələrdə müvafiq bakalavr dərəcəsi.
Proqramlaşdırma: OOP üzrə dərin biliklər; alqoritmlər və data strukturları üzrə dərin biliklər; mikroservis arxitekturası üzrə biliklər; Java SE, Java EE, Spring framework, Spring Cloud, Spring Boot üzrə iş təcrübəsi; JUnit, TestNG kimi test avtomatlaşdırma alətləri üzrə biliklər.
Verilənlər bazası: (Oracle, Postgresql, MySQL, MariaDB), SQL və PL/SQL proqramlaşdırma dilləri üzrə iş təcrübəsi.
Alətlər: GIT versiya nəzarəti sistemi ilə iş bacarığı; Docker və Kubernetes üzrə təməl biliklər; Build alətlərindən istifadə bacarığı (Maven, Gradle).
Test Alətləri: JUnit, TestNG kimi test avtomatlaşdırma alətləri üzrə biliklər.
Layihələrin idarə edilməsi: Agile metodologiyası üzrə biliklər və Jira proqram təminatı ilə iş təcrübəsi.
Analitik Bacarıqlar: Tələbləri analiz etmək və buna uyğun test hallarını hazırlamaq.
Aşağıda sadalanan iş təcrübəsi əlavə üstünlük sayılacaq:
· C# və Python proqramlaşdırma dilləri üzrə təcrübə.
· JavaScript və TypeScript proqramlaşdırma dilləri üzrə təcrübə.
· Front-end testləri üzrə təcrübə (Cypress, Jest, Vue.js və React üçün xüsusi test alətləri Vue Test Utils və React Testing Library və s.).
Digər bacarıqları:
- Peşəkarlıq və məsuliyyətlilik;
- Vaxtın idarəedilməsi;
- Dinamik komandada işləmə;
- Təşəbbüskarlıq, nəticəyə fokuslaşma və problemi həll etmə.
CV-ni “Middle Backend developer” başlığı ilə hr@acb.az mailinə göndərməyiniz xahiş olunur.