UI/UX Designer
- UI/UX Designer
- Son müraciət tarixi: 30/04/25
- Tam ştat
Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 260-dan çox təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-yə UI/UX Designer axtarılır.
Vakansiya haqqında:
Departament: Rəqəmsallaşma
Vəzifə: UI/UX Designer
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Son müraciət tarixi: 30.04.2025
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
· Bütün dizayn layihələrində ardıcıllığı və uyğunluğu təmin etmək üçün dizayn standartları, təlimatlar və ən yaxşı təcrübələri müəyyən etmək;
· Masaüstü və mobil cihazlarda istifadəçi təcrübəsini maksimuma çatdıran responsiv dizaynların icrasında iştirak etmək;
· Wireframe-ləri və prototipləri yaratmaq bacarığı;
· Kros-funksional komanda ilə işləmək bacarığı;
· Dizayn trendləri və ən yaxşı təcrübələrlə bağlı yenilikləri izləmək, yaradıcı yanaşma nümayiş etdirmək və digər komanda üzvlərinin bacarıqlarını artırmaq üçün proaktiv olmaq.
Tələb olunan bacarıqlar və iş təcrübəsi:
· UX/UI sahəsində minimum 1 illik təcrübə tələb olunur;
· Figma proqramında işləmək bacarığı;
· Kros-funksional komandalar və maraqlı tərəflərlə əməkdaşlıq etmək üçün ünsiyyət bacarığı;
· Rəng nəzəriyyəsini anlamaq və dizaynda rəngləri effektiv istifadə edə bilmək;
· İstifadəçi tədqiqatları və istifadəyə yararlılıq testləri təcrübəsi;
· Yenilikçi dizayn konseptləri və həllər yaratmaq üçün yaradıcı düşüncə tərzi;
· İstifadəçi mərkəzli dizayn prinsiplərinə və praktikalarına bağlılıq;
· UI dizayn prinsiplərində təcrübə və istifadəçi dostu interfeyslər yaratmaq qabiliyyəti;
· Tapşırıqları prioritetləndirmək, dizayn layihələrini effektiv idarə etmək və problemləri həll etmək üçün bacarıqlar;
· Bir neçə layihəni eyni vaxtda idarə etmək bacarıqları;
· Dizayn qərarlarını əsaslandırmaq və kritik, yaradıcı düşünmək bacarığı;
· Agile idarə etmə prinsipləri ilə işləmək bacarığı;
· Adobe Creative Suite (Photoshop, Illustrator), Canva və Sketch proqramlarında işləmək bacarıqları üstünlükdür.
· İnteraksiya dizaynı, informasiya arxitekturası və dizayn prinsipləri haqqında anlayışlar arzu olunandır.
Digər bacarıqları:
- Analitik düşünmə;
- Vaxtın idarəedilməsi;
- Dinamik komandada işləmə;
- Təşəbbüskarlıq, nəticəyə fokuslaşma və problemi həll etmə.
CV-ni “UI/UX Designer” başlığı ilə hr@acb.az mailinə göndərməyiniz xahiş olunur.