Junior Backend Developer

  • Junior Backend Developer
  • Son müraciət tarixi: 23/02/26
  • Tam ştat

Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.

AKB 280-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Rəqəmsallaşdırma Departamentinə Junior Backend Developer axtarılır.

 


Vakansiya haqqında:

Departament: Rəqəmsallaşdırma Departamenti

Vəzifə: Junior Backend Developer

Müraciət üçün son tarix: 23.02.2026


Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:

-      Yeni funksionallıqların hazırlanması və mövcud sistemlərin inkişaf etdirilməsi

-       Kodun optimallaşdırılması və performansın artırılması

-      API-lərin hazırlanması və inkişaf etdirilməsi

-      Testlərin yazılması və proqram təminatının keyfiyyətinin təmin edilməsi

-      Texniki sənədlərin hazırlanması və saxlanılması


Tələb olunan təhsil və iş təcrübəsi:

-      Java 17+ və Spring Boot (3.x) ilə ən azı 1 illik təcrübə;

-      PostgreSQL və JPA/Hibernate ilə işləmə təcrübəsi

-      Kafka və event-driven sistemlərlə tanışlıq

-      Docker, Git, və CI/CD proseslərinə bələd olmaq

-      Təmiz kod yazmağa və öyrənməyə motivasiya

-      CI/CD proseslərinin qurulması üzrə təcrübə


Üstünlük verilən əlavə bilik və bacarıqlar:

-      Debezium, MinIO, və Keycloak ilə təcrübə

-      Event sourcing və ya domain-driven design anlayışı

-      Performans optimizasiyası və sistem monitorinqi üzrə biliklər

-      Mikroservis arxitekturası və RESTful API dizayn prinsiplərini bilmək

-      Grafana, Prometheus, Loki kimi müşahidə alətləri ilə tanışlıq


 

Digər bacarıqlar:

-      Problemləri analiz etmək və effektiv həll yolları tapmaq bacarığı

-      Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi

-      Komandada işləmək bacarığı və yaxşı ünsiyyət qurmaq qabiliyyəti

-      Məsuliyyətli və nəticəyönümlü yanaşma

 

Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “Junior Backend Developer” qeyd etməklə hr@acb.az ünvanına göndərə bilərlər.

Digər vakansiyalar

Junior Backend Developer

Junior Backend Developer

Son müraciət tarixi: 23/02/26 • Tam ştat