İnsan Resursları üzrə Layihə Köməkçisi
- İnsan Resursları üzrə Layihə Köməkçisi
- Son müraciət tarixi: 20/07/26
- Tam ştat
Əgər İnsan Resursları sahəsində karyeranızı qurmaq, İR layihələrində iştirak etmək və peşəkar komandada inkişaf etmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
· İnsan Resursları layihələrinin planlaşdırılması və icrasında dəstək göstərmək;
· İR məlumatlarının toplanması, təhlili və hesabatların hazırlanmasında iştirak etmək;
· İşə qəbul, təlim, performansın idarə edilməsi və əməkdaş bağlılığı layihələrinə dəstək vermək;
· Sənədləşmə və digər İR inzibati proseslərində iştirak etmək.
Tələb olunan səriştələr və bacarıqlar:
· Biznesin idarə edilməsi, İqtisadiyyat, Menecment, İnsan resurslarının idarə edilməsi ixtisasları üzrə ali təhsil;
· Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili;
· MS Office proqramlarında işləmək bacarığı;
· Analitik düşünmə, məsuliyyətlilik, təşəbbüskarlıq və yüksək ünsiyyət bacarıqları;
· Komandada işləmək və öyrənməyə yüksək motivasiya.
İnsan Resursları sahəsində inkişaf etmək və real layihələrdə təcrübə qazanmaq istəyirsinizsə, CV-nizi mövzu hissəsində: "İnsan resursları üzrə Layihə köməkçisi" yazaraq hr@acb.az ünvanına göndərin .
Son müraciət tarixi: 20 iyul, 2026-cı il.