Azərbaycan Kredit Bürosunun kollektivi ağacəkmə aksiyasında iştirak edib

Press reliz | 12.04.2022

Azərbaycan Kredit Bürosunun əməkdaşları Ümumrespublika Yaşıllaşdırma Marafonunda iştirak ediblər.

IDEA Campaign və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil edilmiş layihənin əsas məqsədi ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərməkdir. Aksiya çərçivəsində abadlıq işləri aparılaraq müxtəlif növ ağaclar əkilmiş, suvarma işləri aparılaraq ağaclara qulluq göstərilmişdir.

Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın eldar şamı və zeytun ağacı əkilib.