Findoc platforması 24-25 noyabr tarixlərində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq forumunda təmsil olunmuşdur

Press reliz | 25.11.2022

Forum iştirakçıları üçün kredit tarixçələrinin elektron formada əldə edilməsi üçün Findoc portalından onlayn qeydiyyatla yanaşı, fiziki olaraq qeydiyyatdan keçmək üçün də şərait yaradılmışdır.

Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış Findoc.az portalı Büronun məlumat bazası ilə inteqrasiya olunaraq, şəxslərin özləri barədə toplanmış bütün borc məlumatlarına çıxış imkanı əldə etdiyi vahid platformadır. Portalın hal-hazırda təklif etdiyi xidmətlər arasında kredit hesabatına baxış, skor hesabatına baxış, kredit hesabatının PDF formatında əldə edilməsi, kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi, kredit hesabatının Büronun rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi mövcuddur.

Portal 7/24 əsaslarla fəaliyyət göstərir və kredit tarixçəsi və skor hesabatı istifadəçilərə il ərzində iki dəfə ödənişsiz təqdim edilir.


Findoc – sənin kredit hekayən.