Azərbaycan Kredit Bürosu 15-16 may tarixlərində Bakıda keçirilən “FİNTEX SAMMİT 2024” – Maliyyə və texnologiyaları expo tədbirində mükafatla təltif edildi
15-16 may 2024-cü il tarixlərində Bakıda keçirilən “FİNTEX SAMMİT 2024” Maliyyə və texnologiyaları expo tədbirində “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər, İnnovativ Həllər, FinTech və Təhlükəsizlik” mövzusundan yerli və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri, menecerləri və digər sahələr üzrə olan əməkdaşlar olmaqla maliyyə və bank sistemində olan ən son innovativ metodlar, maliyyə xidmətlərinin təkmilləşdirilməsi, yeni FinTex texonologiyalarının maliyyə sistemində tətbiqi, rəqəmsallaşma və ödəniş sistemlərinin yeni imkanları barədə müzakirəsi və fikir mübadiləsi aparılmışdır.
Müvafiq tədbirdə Azərbaycan Kredit Bürosu (AKB) Azərbaycan Banklar Assosiasiyası tərəfindən təltif edilmişdir.
Maliyyə infrastrukturunun mühüm elementlərindən biri olan AKB Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 23 bank, 24 ləğv prosesində olan bank, 54 bank olmayan kredit təşkilatı, 9 ləğv prosesində olan bank olmayan kredit təşkilatı, 37 kredit ittifaqı, 1 ləğv prosesində olan kredit ittifaqı, 18 lizinq şirkəti, 15 sığorta şirkəti, 7 ləğv prosesində olan sığorta şirkəti, 3 mobil operator, 3 kommunal xidmət operatoru, 42 nisyə mal alqı-satqısı ilə məşğul olan şirkət, 4 faktorinq, 1 kollektor və 1 lombard şirkəti olmaqla 248 təşkilatla məlumat mübadiləsi həyata keçirir.