Türk dövlətlərinin kredit büroları platformasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb

Press reliz | 26.06.2025

İmzalanma mərasimi 24 iyun 2025-ci il tarixində Bakı şəhərində baş tutmuşdur.

Memorandum Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın kredit bürolarının rəhbərləri tərəfindən imzalanmışdır.

Memorandum çərçivəsində tərəflər kredit hesabatlığı sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tuturlar.

Kredit büroları tərəfindən birgə seminarların, təhsil və təlim proqramlarının təşkili, həmçinin bilik və təcrübə mübadiləsinin aparılması planlaşdırılır.

Bundan əlavə, tərəflər iştirakçı təşkilatların tərəfdaş ölkə ərazisində fəaliyyətinin genişləndirilməsi üçün səmərəli kommunikasiya kanalları yaradacaqlar. Həmçinin maliyyə sektorunun inkişafı ilə bağlı digər istiqamətlərdə əməkdaşlıq potensialı öyrəniləcək.