Azərbaycan Kredit Bürosunun kollektivi ağacəkmə aksiyasında iştirak edib
24 aprel 2026-cı il tarixində Azərbaycan Kredit Bürosunun kollektivi Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyasında iştirak edib.
Tədbir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanan memorandum çərçivəsində keçirilir.
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacı əkilib.
Xatırladaq ki, 2023-cü ildən bəri hər il baş tutan bu aksiya çərçivəsində 10 il ərzində 1 milyon ağacın əkilməsi planlaşdırılır.