Azərbaycan Kredit Bürosu sosial məsuliyyət təşəbbüsü çərçivəsində uşaqlara dəstək göstərib

Press reliz | 09.09.2026

Azərbaycan Kredit Bürosu (AKB) korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində 3 saylı Uşaq evinin sakinlərinə dəstək göstərib. Yardım AKB əməkdaşlarının iştirakı ilə təşkil olunan “Kiçik töhfə, böyük sevinc!” adlı xeyriyyə yarmarkasından əldə edilən vəsait hesabına həyata keçirilib.

Toplanan vəsait hesabına uşaqların istək və ehtiyacları nəzərə alınaraq məktəbli formaları və sevdikləri təamlar alınıb.

Təşəbbüs çərçivəsində AKB əməkdaşları 3 saylı Uşaq evini ziyarət edib, uşaqlarla çay süfrəsi ətrafında vaxt keçirib və onlar üçün hazırlanmış hədiyyələri təqdim ediblər.

Azərbaycan Kredit Bürosu sosial məsuliyyət, həmrəylik və qarşılıqlı dəstək dəyərlərinin təşviqini korporativ mədəniyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Bu kimi təşəbbüslər vasitəsilə cəmiyyət üçün sosial dəyərin yaradılmasına töhfə vermək nəzərdə tutulur.