“Azərbaycan Kredit Bürosu” MMC-nin Müşahidə Şurasının üzvü dəyişilmişdir

Press reliz | 02.02.2022

“Azərbaycan Kredit Bürosu” MMC-nin (Büro) Ümumi Yığıncağının 02 fevral 2022-ci il tarixli, 13 saylı iclasında verilmiş qərara müvafiq olaraq Müşahidə Şurasının üzvü Elçin Qədimovu (“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini) Aydın Hüseynov (“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri) əvəz etmişdir. Müşahidə Şurasının yeni tərkibi müvafiq dövlət qurumlarında qeydiyyatdan keçirilmişdir.

Qeyd edək ki, hal-hazırda Büronun Müşahidə Şurasının 7 üzvü var və onlar təsisçi bankların rəhbər vəzifəli şəxsləri arasından seçilmişdir. Müşahidə Şurasının sədri Fərid Abuşov (“Unibank KB” ASC), digər üzvləri isə Zamiq Məmmədov (“Azərbaycan Beynəlxalq Bankı” ASC), Elnur Məmmədli (ASC “Xalq” Bankı), Elnur Həsənli (“BankRespublika” ASC), Cavid Mirzəyev (“KapitalBank” ASC) və Ahmet Kudret İşlerdir (“ZiraatBank Azərbaycan” ASC).

Xatırladaq ki, Büro 15 yanvar 2018-ci il tarixində ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.