Findoc platforması VII Beynəlxalq Bankçılıq forumunda təmsil olunmuşdur
01-02 noyabr tarixlərində Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq - “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” forumunda Azərbaycan Kredit Bürosunun ilk biznesdən müştəriyə platforması olan Findoc platforması da təmsil olunmuşdur. Forum iştirakçılarına rəqəmsal kredit tarixçələrinin əldə edilməsi üçün Findoc portalından (Portal) onlayn qeydiyyatla yanaşı fiziki olaraq qeydiyyatdan keçmək üçün də şərait yaradılmışdır.
Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış Findoc portalı Büronun məlumat bazası ilə inteqrasiya olunaraq, şəxslərin özləri barədə toplanmış bütün borc məlumatlarına çıxış imkanı əldə etdiyi vahid platformadır.
Portalın hal-hazırda təklif etdiyi xidmətlər aşağıdakılardır:
- kredit tarixçəsi;
- skor hesabatı;
- kredit tarixçəsinin mübahisələndirilməsi;
- kredit tarixçəsinə yazılmış gecikmə günləri ilə bağlı emaillə bildirişin əldə edilməsi;
- kredit hesabatının PDF formatında əldə edilməsi;
- kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;
- kredit hesabatının AKB-nin rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi.
Findoc-dan qeydiyyatdan keçmək üçün:
1. https://findoc.az/ portalına daxil olunur;
2. Qeydiyyat üçün tələb olunan şəxsi və əlaqə məlumatları əlavə edilir;
3. Razılıq ərizəsi SİMA və ya Asan imza ilə imzalanır;
4. Müvafiq xidmət seçilərək istifadə olunur.
Portal 7/24 əsaslarla fəaliyyət göstərir və kredit tarixçəsi və skor hesabatı istifadəçilərə il ərzində iki dəfə ödənişsiz təqdim edilir.
Findoc – sənin kredit hekayən.