“Azərbaycan Kredit Bürosu” ilə “Al Etihad Kredit Bürosu” arasında görüş keçirilmişdir
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının dəstəyi ilə cari ilin 19-21 dekabr tarixlərində ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin BƏƏ-nin Dubay şəhərinə işgüzar səfəri baş tutmuşdur. Qeyd edilən səfərdə Azərbaycan Kredit Bürosu (AKB) tərəfindən təşkilatın Baş Direktoru Elçin Həbibov təmsil olunmuşdur. Səfər çərçivəsində BƏƏ-də fəaliyyət göstərən banklarla görüşlər keçirilmiş, risklərin idarə edilməsi sahəsində təcrübə mübadiləsi aparılmışdır.
Eyni zamanda, 22 dekabr 2023-cü il tarixində Azərbaycan Kredit Bürosunun Baş Direktoru cənab Elçin Həbibov və Birləşmiş Ərəb Əmirliklərinin “Al Etihad Kredit Bürosu”nun Baş İcraçı Direktoru cənab Marwan Ahmad Lutfi arasında işgüzar görüş keçirilmişdir.
Görüş zamanı hər iki Büronun məhsul və xidmətləri ilə bağlı fikir mübadiləsi aparılmış, potensial əməkdaşlıq imkanları müzakirə edilmişdir. Bu kimi görüşlərin keçirilməsi, habelə kredit büro sahəsində təcrübə mübadiləsi hər iki büronun gələcək əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıyır.