“Azərbaycan Kredit Bürosu” MMC-nin Müşahidə Şurasının üzvü dəyişilmişdir
“Azərbaycan Kredit Bürosu” MMC-nin (Büro) Ümumi Yığıncağının 17 may 2024-cü il tarixli, 19 saylı iclasında verilmiş qərara müvafiq olaraq Müşahidə Şurasının üzvü Ahmet Kudret İşleri (“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin keçmiş üzvü) Seymur Əliyev (“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvü) əvəz etmişdir. Müşahidə Şurasının yeni tərkibi müvafiq dövlət qurumlarında qeydiyyatdan keçirilmişdir.
Qeyd edək ki, hal-hazırda Büronun Müşahidə Şurasının 7 üzvü var və onlar təsisçi bankların rəhbər vəzifəli şəxsləri arasından seçilmişdir. Müşahidə Şurasının sədri Fərid Abuşov (“Unibank KB” ASC), digər üzvləri isə Zamiq Məmmədov (“Azərbaycan Beynəlxalq Bankı” ASC), Röyam Hüseynzadə (ASC “Xalq” Bankı), Elnur Həsənov (“Bank Respublika” ASC), Cavid Mirzəyev (“Kapital Bank” ASC), Aydın Hüseynov (“Rabitəbank” ASC) və Seymur Əliyevdir (“Ziraat Bank Azərbaycan” ASC).
Xatırladaq ki, Büro 15 yanvar 2018-ci il tarixində ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.