Azərbaycan Kredit Bürosu (AKB) 09-10 iyun tarixlərində Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” tədbirində təmsil olunmuşdur

Press reliz | 10.06.2026

09-10 iyun tarixlərində Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” tədbirində Azərbaycan Kredit Bürosu ilk biznesdən müştəriyə platforması olan Findoc platforması ilə təmsil olunmuşdur. Forum iştirakçılarına rəqəmsal kredit tarixçələrinin əldə edilməsi üçün “Findoc” portalından (Portal) onlayn qeydiyyatdan keçmək üçün şərait yaradılmış və Portal barədə bütün suallar ətraflı şəkildə cavablandırılmışdır.

Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış Portal AKB-nin məlumat bazası ilə inteqrasiya olunaraq, şəxslərin özləri barədə kredit təşkilatlarında toplanmış borc məlumatlarına çıxış imkanı əldə etdiyi vahid platformadır.

Portal üzərindən istifadəçilərə bir sıra innovativ xidmətlər təklif edilməkdədir:

 

Tarixçə

 

-      Kredit tarixçəsi;

 

-      Skor hesabatı;

 

-      Baş Dövlət Yol Polisi İdarəsindən fiziki şəxslər barədə edilmiş cərimələrlə bağlı məlumatlar;

 

-      Ədliyyə Nazirliyindən fiziki şəxslərlə bağlı məhkəmə işi üzrə məlumatlar;

 

-      İcra və probasiya şöbəsinin müəyyən etdiyi öhdəliklər üzrə məlumatlar;

 

-      Notarial təsdiqlənmiş borc müqavilələri üzrə məlumatlar;

 

Bildiriş

 

-      Gecikmə günləri ilə bağlı bildiriş xidməti;

 

-      Kredit tarixçəsinin sorğulanması barədə bildiriş xidməti;

 

-      Skorun yenilənməsi barədə bildiriş xidməti;

 

-      Kreditin ilkin məbləğinin dəyişilməsi barədə bildiriş xidməti;

 

-      Kreditin statusunun dəyişilməsi barədə bildiriş xidməti;

 

-      Yeni kreditin əlavə edilməsi barədə bildiriş xidməti;

 

-      Məlumatların aylıq yenilənməsi barədə bildiriş xidməti.

 

Yönləndirmə

 

-      Kredit tarixçəsinin PDF formatında əldə edilməsi;

 

-      Kredit tarixçəsinin Asan İmza ilə imzalanmış formada əldə edilməsi;

 

- Kredit tarixçəsinin AKB-nin rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi;

 

Elektron müraciət

 

-      Kredit hesabatında yanlış hesab edilən məlumat(lar)la bağlı elektron müraciət imkanı;

 

https://findoc.az/ portalından qeydiyyatdan keçmiş hər bir istifadəçi kredit və skor hesabatını ildə 2 dəfə ödənişsiz almaq hüququ əldə edir. İstifadəçi sayı 200 mindən artıq olan Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.