Kommunal xidmətlər üzrə hesabat Kommunal xidmətlər üzrə hesabat

Nə üçün kommunal xidmətlər üzrə çıxarış əldə edilməlidir?


Bəzi hallarda kredit müraciəti etmiş şəxslərin kredit tarixçəsində kifayət qədər məlumat olmur. Bu, kredit təchizatçıları üçün borcalanın borc qaytarma davranışlarını proqnozlaşdırmaqda çətinliklər törədir. Belə hallarda uğurlu qərar qəbulu üçün borcalan haqqında istənilən məlumat əhəmiyyətli olur. Kredit təchizatçılarının bu çətinliyini aradan qaldımaq üçün Büro onlara kommunal xidmətlər üzrə çıxarışdan istifadəni təklif edir. Büronun məhsulu olan kommunal xidmətlər üzrə çıxarışda borcalanın kommunal öhdəliklərinin hər biri üzrə ayrı-ayrılıqda (işıq, qaz, su borcları) cari borcun qalığı və son 12 ay ərzində kommunal borcların ödənilmə qrafikləri barədə detallı məlumatlar əks olunur.