Toplu Kredit Hesabatı Toplu Kredit Hesabatı

Toplu kredit hesabatı – Büroya üzv təşkilatlara hal-hazırda istifadədə olan kredit hesabatlarını eyni formatda, lakin toplu şəkildə əldə etmək imkanı yaradan xidmətidir. Təşkilatlar toplu kredit hesabatı sorğusu xidmətini istifadə etdikdə bir topluda minimum 100 maksiumum isə 5000 sorğu göndərə bilərlər. Sorğuya cavab yalnız istifadəçi tərəfindən təqdim olunmuş doğru məlumatlar əsasında aparılır və həmçinin, səhv məlumatlar olduğu təqdirdə həmin məlumatlar üzrə xəta mesajı istifadəçinin interfeysində bildiriş kimi əks olunur. Təşkilatın balansından ancaq düzgün emal olunan sorğuların xidmət haqqı çıxılır.


Üstünlükləri:


- Portfelin dövri olaraq mönitorinqinin aparılması imkanı;

- Eyni zamanda 100-dən çox şəxsin sorğu edilməsi;

- Sorğu olunan məlumatların istifadəçiyə XML formatda ötürülməsi;

- Məlumat mübadiləsinin sürətinin yüksəldilməsi;

- Büro sisteminə ötürülən məlumat strukturunun daha sadə olması (csv format);

- Sorğu üçün istifadə olunan zamana qənaət olunması;

- Güzəştli tarif paketinin olması;

- Təşkilat sonrakı biznes proseslərində dəyişiklik etmədən istifadə etmə imkanı.