Alternativ məlumatlar üzrə hesabat Alternativ məlumatlar üzrə hesabat

Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən ənənəvi xidmətlərlə yanaşı şəxslərin dövlət orqanlarının məlumat bazasında mövcud olan icbari öhdəlikləri ilə bağlı məlumatlar üzrə də çıxarış - alternativ hesabat modulu tərəfdaşların istifadəsinə təqdim edilmişdir.

Qeyd edilən hesabatda aşağıda adları qeyd olunan dövlət orqanlarının məlumat bazalarından əldə edilən müvafiq öhdəliklərlə bağlı məlumatlar əks olunur:

-     Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən fiziki şəxslərlə bağlı məhkəmə işi, icra və probasiya şöbəsinin müəyyən etdiyi öhdəliklər, notarial təsdiqlənmiş borc müqavilələri üzrə məlumatlar;

-      Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən fiziki şəxslər barədə edilmiş cərimələrlə bağlı məlumatlar;

-     Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən hüquqi şəxs və fərdi sahibkarlar ilə bağlı əsas vergi vərəqəsi üzrə borc, əmlak (müsadirə) üzrə borc, sosial borc və işsizlikdən sığorta haqqı ilə bağlı məlumatlar.


Büro tərəfindən alternativ hesabat xidmətinin istifadəyə təqdim edilməsi kredit qərarlarının verilməsi zamanı borcalanların maliyyə intizamının və ödəmə qabiliyyətinin daha dəqiq və düzgün müəyyən edilməsi və bununla da məlumat asimmetriyasının azaldılması ilə risklərin minimallaşdırılması məqsədi daşıyır.