Skorinq
Skorinq – riyazi-statistik metodlara əsaslanan və borcalanın krediti geri ödəmə imkanlarını cari kredit tarixçəsi əsasında qiymətləndirən reytinq sistemidir.
Təqdim olunan skorinq modelində ballar 1-1000 arasında dəyişir. Fərdi reytinqlər çoxsaylı faktorların təsiri altında formalaşır. Bu faktorlardan ən çox təsir edən beşi aşağıdakılardır:
• Kredit tarixçəsi üzrə gecikmə günlərinin olmaması;
• Son üç ay üzrə ödənişlərdə gecikmələr;
• Aktiv kreditlərin sayı;
• Aylıq borc yükünün həcmi;
• Borclu olduğu kredit təşkilatının tipi
Aşağıdakı səbəblərdən skor hesablanmasından imtina olunur:
AB - Şəxsin cari dövr üzrə aktiv öhdəliyində yüksək gecikmə günləri mövcuddur.
CC - Şəxsin son 12 ay ərzində aktiv öhdəliyi mövcud olmamışdır.
TN - Şəxs qiymətləndirmə üçün çox yenidir.
NC - Şəxsin hər hansı kredit öhdəliyi mövcud deyil.
TY - Şəxsin yaşı 16-dan kiçikdir.
NU - Şəxsin yenilənməmiş aktiv kreditləri mövcuddur.
LP - Hüquqi şəxslərə skorların verilməsi nəzərdə tutulmamışdır.