Büro maliyyə xidmətlərinə çıxışı yaxşılaşdırır
Büro şəxslərin maliyyə intizamının daha dəqiq və operativ qiymətləndirilməsinə dəstək olmaqla, xüsusilə Kiçik və Orta Sahibkarlıq Subyektlərinin (KOS) kreditlərə çıxış imkanını yaxşılaşdırır və maliyyə bazarlarının inkişafında mühüm rol oynayır.
Büronun fəaliyyəti Dünya Bankı tərəfindən hazırlanan nüfuzlu "Doing Business" hesabatı tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan ölkədə biznes mühitinin inkişafı üzrə əsas göstəricilərdən olan “Kredit əlçatanlığı” indikatoru üzrə mümkün ən yüksək xalı əldə edərək dünya üzrə 1-ci yerdə qərarlaşmışdır.
Hesabatın əsas məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və onun yeni təsərrüfat subyektlərinin yaradılmasına və biznes əməliyyatlarının aparılmasına olan təsirlərinin ölçülməsidir. “Doing Business” hesabatında biznes mühiti, biznes proseslərinin səmərəliliyi və effektivliyi 11 indikator və 45 alt-indikatordan istifadə edərək qiymətləndirilir.